Mart 08, 2018 13:33 Asia/Baku
  • BMT: Ruhinqa müsəlmanlarının qırğını barədə bir çox nişanələr mövcuddur
    BMT: Ruhinqa müsəlmanlarının qırğını barədə bir çox nişanələr mövcuddur

BMT-nin insan haqları üzrə baş komissarı deyir ki, Ruhinqa müsəlmanlarının qırğını barədə bir çox nişanələr mövcuddur.

Zeyd Rəəd Əlhuseyn Cenevrədə, BMT-nin insan haqları şurasının iclasında Myanmada Ruhinqa müsəlmanlarının durumundan nigarançılıq edərək, deyib: Myanmada Ruhinqa müsəlmanlarının qırğın edilmələri barədə bir çox nişanələr mövcuddur.

O, söyləyivb: Myanma hökuməti kütləvi qəbirlərin mövcud olduğu kəndləri buldozerlərlə dağıtmağa çalışır. Belə görünür ki, bu, bəşəriyyətə qarşı cinayətlər daxil olmaqla ehtimal olunan cinayətlər barədəki faktları aradan götürmək üzrə qəsdən göstərilən səydir.

BMT-nin insan haqları üzrə baş komissarı dünyadakı insan haqları durumu barədə qaranlıq bir təsvir təqdim edib və deyib ki, Liviya, Yəmən, Filippin, Konqo, Kinşasa və Myanma onun nümunələridirlər.

O, vurğulayıb ki, bu nigaranedici vəziyyətin əsas amilləri əksər hallarda siyasətçilərdirlər.

Teqlər