Mart 08, 2018 21:29 Asia/Baku
  • Avropa ABŞ prezidentinin qərarına cavab verəcək
    Avropa ABŞ prezidentinin qərarına cavab verəcək

Avropa iqtisadi komissarı deyib ki, Avropa Birliyi ABŞ prezidentinin qərarına münasib cavab verəcəkdir.

Avropanın iqtisadiyyat və maliyyə komissarı Pyer Moskovisi BFM telekanalı ilə müsahibədə belə deyib: Avropa Birliyi çalışır ki, ABŞ prezidentinin başladığı ticarət savaşında vəziyyətin daha da ağırlaşmasının qarşısını alsın. Bununla belə, münasib bir cavab da axtarır.

Moskovisi vurğulayıb ki, hər bir savaş və münaqişə pisdir və ticarət savaşı da xəsarət törədən bir müharibədir.

Teqlər