Mart 08, 2018 21:30 Asia/Baku
  • İtaliya iqtisadi səbatsılzlıq xətəri qarşısındadır
    İtaliya iqtisadi səbatsılzlıq xətəri qarşısındadır

Fransa prezidenti deyib ki, İranın ballistik raket proqramının dayandırılması üçün addımlar atacaqdır.

Fransa prezidenti bir sionist təşkilatın Fransada keçirdiyi konfransda etiraf edib ki, Paris Amerika və İngiltərəyə şamil olan müttəfiqlərilə yanaşı, İranın regiondakı ballistik raket fəaliyyətlərinə qarşı addımlar atmaqdadır.

Emmanuel Makron Parisin İran daxil olmaqla bütün tərəflərlə müzakirələr aparmaq istədiyini bildirərək, deyib ki, sionist rejimin təhlükəsizliyi müzakirə mövzusu olmamalıdır.

O, bir daha ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı elan etməsini səhv bir addım adlandıraraq, əlavə edib: Dostum Donald Trampa dedim ki, Qüds barədə birtərəfli elanla səhvə yol veribdir. Zira bu, münaqişələr üçün həll yollarının əldə olunmasına kömək etməyəcəkdir.

Ağ Ev çoxdan bəridir nüvə anlaşmasının islahı ilə razılaşdırmaq və digər mövzularda İranla müzakirələrin yeni dövrünə başlamaq üçün Avropa ölkələrini təzyiq altında qoyubdur.

İran rəsmiləri də dəfələrlə bildiriblər ki, regional və raket proqramı məsələləri barədə Qərb ilə heç bir müzakirə aparmayacaqlar.

Teqlər