Mart 09, 2018 16:37 Asia/Baku
  • Tramp

ABŞ prezidenti Donald Tramp cümə axşamı alüminim və polad idxalı üçün gömrük rüsumlarını artırdı. Baxmayaraq ki, beynəlxalq dairələr bundan öncə ABŞ-ın bu hərəkətinin "ticarət savaşı"nın başlamasına səbəb olacağı haqda xəbərdarlıq etmişdilər.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Trampın imzaladığı yeni qərara əsasən polad üçün 25, alüminium üçün isə 10 faizlik gömrük rüsmu nəzərdə tutulub.

Trampın yeni qərarı Şimali Amerika Azad Ticarət Anlaşması "NAFTA"-da (North American Free Trade Agreement) əsasən ABŞ-ın ticarət şərikləri olan Kanada və Meksikaya şamil edilməyib.

Tramp son zamanlar bildirmişdi ki, alüminium və polad idxalı üçün yeni gömrük rüsumları təyin edəcək.

İndiyə kimi Amerikada bir çox dövlət rəsmisi və ticarət qrupları başçıları Tampın bu qərarını tənqid ediblər.

Avropa Birliyi, Çin, Kanada və Braziliya Amerikaya polad və alüminium ixrac edən əsas ölkələr kimi, Trampın bu qərarına reaksiya olaraq bildiriblər ki, ABŞ-ın polad və alüminium idxalı ilə bağlı gömrük rüsumlarını artırmasına reaksiya olaraq, oxşar cavab addımları atacaqlar.

Teqlər