Mart 10, 2018 18:11 Asia/Baku
  • 
Almaniya kansleri Trampa xəbərdarlıq etdi
    Almaniya kansleri Trampa xəbərdarlıq etdi

Almaniya kansleri ticarət tarivlərinin müəyyənləşdirilməsi barədə ABŞ prezidentinə xəbərdarlıq edib.

İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp polad və alüminium idxalatına tariflər tətbiq edərək ticarət savaşı təhlükəsini yaratmış olub. Almaniya kansleri Angela Merkel dünən Avropanın bu qərara reaksiya verməyə qadir olduğunu deyib. 

Almaniya kansleri ABŞ-ın idxalat tariflərini artırması nəticəsində ticarət savaşının başlayacağına dair xəbərdarlıq edərək deyib: Bu durum sonda hamının ziyanına olacaq. 

Avropa Birliyi xarici siyasət üzrə koordinatoru Federika Moqerini də Avropanın Amerika ilə ticarət savaşına girməyəcəyinə ümidvar olduğunu dilə gətirərək ticarət savaşının hər iki tərəf üçün faciəli nəticələnəcəyi barədə xəbərdarlıq edib. 

Teqlər