Mart 10, 2018 22:37 Asia/Baku
  • Əşrəf Qəni: Əfqanıstana müharibə qəbul etdirilib
    Əşrəf Qəni: Əfqanıstana müharibə qəbul etdirilib

Əfqanıstan prezidenti bu ölkədə gedən hazırkı müharibə və toqquşmaların xaricdən qəbul etdirildiyini deyib.

İRİB-in verdiyi məlumata görə, Məhəmməd Əşrəf Qəni dünən Kabildə Əfqanıstan Milli Təhlükəsizlik qüvvələrinin xüsusi bölməsinin yaradılması tədbirində etdiyi çıxışında deyib: Əfqanıstan xaricdən qəbul etdirilən müharibə ilə üz-üzədir. 

Əfqanıstan prezidenti terroristlərə qarşı onların tam məhv olmasınadək mübarizəyə təkid edərək deyib: Bunun üçün təhlükəsizlik və kəşfiyyat qüvvələri güclü olmalıdırlar. 

Dünən Əfqanıstanda baş verən terror aktında 11 nəfər ölüb-20 nəfər yaralanıb.

Bu partlayışın məsuliyyətini terrorçu İŞİD qrupu öz üzərinə götürüb. 

Teqlər