Mart 11, 2018 10:28 Asia/Baku
  • Putin: Dəməşqin kimyəvi silahı yoxdur
    Putin: Dəməşqin kimyəvi silahı yoxdur

Rusiya prezidenti Vladimir Putin şənbə günü Amerikanın NBC telekanalına verdiyi müsahibədə Suriyada dövlət qüvvələrinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbərləri yalan adlandırıb və deyib: Suriyada kimyəvi silahlardan istifadə edənlər terrorçulardır.

İRNA-nın məlumatına görə, Vladimir Putin deyib: Terrorçular özləri tərəfindən kimyəvi silahdan istifadə edilərək həyata keçirilən hücumların məsuliyyətini Suriya hökumətinin boynuna atmaq istəyirlər. 

Rusiya prezidenti həmçinin deyib: Terrorçular öz qüvvələrini Suriya hökumətinə qarşı savaşda daha artıq bir araya gətirmək üçün bu kimi hərəkətlərə əl atırlar. 

Putin əlavə edib: Rusiya bu xüsusda hərtərəfli araşdırmaların aparılmasını istəyir. 

Amerika və müttəfiqləri indiyə kimi bir neçə dəfə Suriyada terrorçular tərəfindən həyata keçirilən kimyəvi silah hücumlarına görə Suriya hökumətini müqəssir elan etməyə çalışıblar. Dəməşq isə bu ittihamları qətiyyətlə rədd edir. 

Rəsmi məlumatlara görə, terrorçular dəfələrlə İraq və Suriyada kimyəvi silahdan istifadə ediblər.

Analitiklərin dediklərinə görə, Suriya hökumətini kimyəvi silahdan istifadədə ittiham etmək ümumi fikri həqiqətlərdən yayındırmaq və Suriyadakı reallıqları təhrif etmək məqsədi daşıyır. 

Teqlər