Mart 13, 2018 09:29 Asia/Baku
  • Amerikada
    Amerikada "İrana qarşı milli fövqəladə vəziyyət" uzadılıb

ABŞ prezidenti Donald Tramp "İrana qarşı milli fövqəladə vəziyyət"i daha bir il müddətinə uzadıb.

Ağ Ev tərəfindən yayılmış Trampın bu gün səhər verdiyi bəyanatda iddia olunur ki, 5+1 qrupu ilə İran arasındakı nüvə anlaşmasının İranın nüvə proqramının dinc məqsədli olmasına zəmanət verdiyi bir halda, İranın siyasətlərinin Amerikanın maraqları ilə uyuşmamasına görə, Vaşinqton "İrana qarşı milli fövqəladə vəziyyət"i daha bir il müddətinə uzadıbdır.

Tramp bu bəyanatda həmçinin belə iddia edib: İranın addım və siyasətləri, o sıradan ballistik raketləri genişləndirməsi Amerikanın milli təhlükəsizliyinə qarşı bir təhdid olmaqda davam edir.

Tramp öz bəyanatında bildirib: Buna görə, 1995-ci ilin on beş martında elan olunmuş Amerikanın "İrana qarşı milli fövqəladə vəziyyət"i 2018-ci ilin on beş martından sonra daha bir il müddətinə davam etməlidir.

Teqlər