Mart 16, 2018 11:14 Asia/Baku
  • Madriddə mühacirlərlə polis arasında toqquşma baş verib
    Madriddə mühacirlərlə polis arasında toqquşma baş verib

İspaniyanın yerli mediaları polis qüvvələrinin amansız təqibi nəticəsində əl satıcısı olan bir mühacirin ürək dayanması səbəbindən dünyasını dəyişməsindən sonra Madrid polisi ilə afrikalı mühacirlər arasında şiddətli qarşıdurmanın baş verməsindən xəbər veriblər.

Dünən gecə İspaniyanın polis qüvvələrinin amansız təqibi nəticəsində əl satıcısı olan bir mühacirin ürək dayanması səbəbindən dünyasını dəyişməsindən sonra Madriddə polis qüvvələri ilə afrikalı mühacirlər arasında şiddətli qarşıdurma baş verib. Seneqaldan İspaniyaya gəlmiş və İspaniya polisinin əlindən qaçmaq istəyən otuz beş yaşlı "Mame M.Beg" yerli polis qüvvələrinin amansız təqibi nəticəsində ürək dayanmasına düçar olaraq, dünyasını dəyişibdir. Bu seneqallı mühacir on iki il bundan öncə bir gəmi vasitəsilə qanunsuz olaraq, İspaniyaya daxil olmuşdu. Bu məlumata görə, dünən gecə təqribən iki yüz nəfər bu afrikalı mühacirin ölümündən xəbərdar olan kimi küçələrə axışaraq, aksiya keçirib və bu ölkə polisi ilə toqquşubdur. Aksiyaçılar "Qatil polis!" və "Polis, Madriddən rədd ol, get!" şüarları veriblər.

Teqlər