Mart 16, 2018 12:20 Asia/Baku
  • ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları
    ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları

Amerikanın xəzinədarlıq nazirliyi "Amerika prezident seçkilərinə müdaxilə və kiber hücumlar həyata keçirmək" bəhanəsilə 19 rus şəxs və beş rus qrupu sanksiya edibdir.

Amerikanın xəzinədarlıq nazirliyi bir bəyanatda bildiribdir ki, "2016-cı il Amerika prezident seçkilərinə müdaxilə və təxribatçı kiber hücumlar həyata keçirmək" bəhanəsilə 19 rus şəxs və beş rus qrupu sanksiya edibdir.

Amerikanın xəzinədarlıq nazirliyi sonra bildiribdir ki, "Rusiyanın Ukraynanı səbatsızlaşdırmağa və Krım yarımadasını işğal etməyə səy göstərməsinə, həmçinin korrupsiya və insan haqlarının pozulmasına dair çoxlu hala" görə, bu ölkəyə qarşı təzyiqləri davam etdirəcəkdir.

Bu nazirlik öz bəyanatının davamında iddia edibdir ki, Rusiyanın dövlət hakerləri 2016-cı ilin martından Amerikanın energetika, nüvə və elektrik stansiyası, su, ticarət və istehsal infrastrukturlarına hücum ediblər.

Rusiya xalqı Moskvada Amerikanın onun ölkəsinə qarşı ittihamlarını əsassız adlandırıb və bildiribdir ki, Rusiya-ABŞ əlaqələri hazırkı şəraitdə əsla yaxşılaşmayacaqdır.

Moskva sakinlərindən biri ölkələrin qarşıdurmalarını təhlükəli adlandırıb və belə deyib: Amerikada mənim ailəm və dostlarım var. Bəzən oraya səfər edirəm. Amerika xalqı rusları sevir və bizim prezidentimiz Amerikanın adi xalqı arasında çox məhşurdur. Hər dəfə gedərkən deyirlər: Vay, cənab Putin gəlib !!!

Digər bir vətəndaş isə belə söyləyib: Bunlar əsassız sözlərdir. Biz necə Donald Trampın seçilməsinə qarışa bilərik? Bunlar oyunbazlıqdır.

Moskva sakini Vyaçeslav Kiselyov: Məncə, ölkələrin başçılarının dəyişmələri və daha real şəxslərin hakimiyyətə gəlmələrini gözləməliyik. Hazırkı dövlət başçıları ilə heç bir nəticə əldə etməyəcəyik.

Teqlər