Mart 16, 2018 20:35 Asia/Baku
  • ABŞ-ın Əfqanıstanın şərqinə qarşı hava hücumunda bir neçə məktəbli həyatını itirib
    ABŞ-ın Əfqanıstanın şərqinə qarşı hava hücumunda bir neçə məktəbli həyatını itirib

ABŞ-ın bir ədəd pilotsuzunun bu gün Əfqanıstanın şərqində yerləşən Konər vilayətinə qarşı hava hücumunda üç məktəbli həyatını itirib.

Amerika rəsmiləri iddia edirlər ki, ABŞ pilotsuzu Əfqanıstanın şərqində yerləşən Konər vilayətinin Manugi rayonuna qarşı hücumda İŞİD-in üzvlərini hədəfə alıbdır. 

Konər vilayətinin sözçüsü Qəni Mosəmməm isə bu hücumda üç uşağın öldürüldüyünü təsdiq edibdir.

Konər təhsil idarəsinin işçilərindən olan Ehsanullah Zəhir də öz Facebook səhifəsində yazıb ki, amerikan pilotsuzun Manuqi rayonuna qarşı hücumunda həlak olanlar məktəbli olublar.

Pilotsuz təyyarələrin hücumları Əfqanıstanda mülkilərin tələfatının əsas amillərindən biri sayılır.

ABŞ prezidenti Donald Trampın Əfqanıstan barədəki strategiyasının elan olunmasından sonra amerikalıların bu ölkədəki hava hücumları kəskin tərzdə artıbdır və daim əfqan mülkilər bu hücumların əsas qurbanları olurlar.

Amerikanın Əfqanıstandakı savaşı 2001-ci ildən bəri 111 mindən çox insanın həyatına son qoyubdur.

Teqlər