Mart 16, 2018 20:38 Asia/Baku
  • Duma üzvü: Krımın Rusiyadan ayrılması mümkünsüzdür
    Duma üzvü: Krımın Rusiyadan ayrılması mümkünsüzdür

Rusiya dumasının üzvü bildirib ki, Ukraynanın yenidən Rusiyaya qatılması ehtimalı Krım yarımadasının Ukraynaya qayıtması ehtimalından qat-qat çoxdur.

Rusiya dumasının üzvü Natalya Poklonskaya bu gün vurğulayıb: Krım yarımadasının Ukraynaya qayıtması təqribən mümkünsüzdür, lakin belə bir ehtimal mövcuddur ki, Ukrayna bir daha Rusiyaya qatılsın.

Poklonskaya əlavə edib: Ukraynalılar üçün adət-ənənələrin bərpası və mədəniyyət güclənməsi yalnız o zaman mümkün olacaqdır ki, bu ölkə bir daha Rusiyanın bir hissəsi olmuş olsun, zira biz bir ölkə və bir xalqa mənsubuq və Ukrayna özünün qərbli şəriklərinə söykənməməlidir.

O, deyib: Qərblilərin Ukraynanın dili, mədəniyyəti və adət-ənənələrinə maraqları yoxdur və onun nigarançılıqları və problemlərinə əhəmiyyət vermirlər, lakin Rusiya üçün bu məsələ mühümdür.

Krım yarımadası 2014-cü ildə referendumdan sonra Ukraynadan ayrıldı və Rusiyaya qatılmaq barədə ərizə təqdim etdi ki, Moskva başçıları müqavilə imzalayaraq, bu birləşməni təsdiq etdilər.

ABŞ və Avropa Birliyi bu dəyişikliyə reaksiyada Rusiya əleyhinə maliyyə və iqtisadi sanksiyalar tətbiq etdilər.

 

Teqlər