Mart 21, 2018 12:06 Asia/Baku
  • ABŞ senatı Yəmən savaşında Ərəbistana dəstəyin davamına səs verib
    ABŞ senatı Yəmən savaşında Ərəbistana dəstəyin davamına səs verib

ABŞ senatı dünən bu ölkənin Yəmən savaşında Ərəbistana dəstəyin dayandırılması layihəsinə qarşı çıxıb. Hərçənd ABŞ-ın Yəmən savaşında Ərəbistana dəstəyin dayandırılması layihəsi səs qazanmadı, lakin amerikalı senatorlar deyirlər ki, Amerikanın Yəmən münaqişəsinə müdaxiləsi qanunsuzdur.

Amerikalı senatorlar dünən bir qətnamə barədə danışdılar ki, hədəfi ABŞ-ın Ərəbistanın Yəmən savaşındakı hərbi fəaliyyətlərinə olan dəstəyinə son qoyulmasıdır.

ABŞ senatı dünən Amerikanın Ərəbistanın Yəmən savaşındakı hərbi fəaliyyətlərinə olan dəstəyinə son qoyulması barədəki qətnaməni rədd etdi.

Bu qətnamənin ilkin mətni 44 səs qarşısında 55 səslə qəbul edilmədi.

Bu qətnamənin bəzi tərəfdarları senatda çıxış edərək, Yəməndəki üçillik savaşı insan faciəsi adlandırıb və onun müqəssirini səudlar adlandırıblar.

Bu qanunun əsas himayədarlarından olan senator Berni Senderz öz söhbətlərində hamısının bu savaşa görə baş verdiyi bu ölkə tarixində ən geniş vəba epidemiyasının yayılması, qıtlıq, milyonlarla nəfərin didərgin düşməsi və minlərlə sivilin öldürlməsinə toxunub.

Berni Senderz deyib: ABŞ qüvvələri Yəmən savaşında iştirak ediblər ki, bu da bu ölkədə belə bir insan faciəsinə bais olubdur.

O, bildirib: Bizim sözümüz budur ki, ABŞ konqresi savaş elan etməyib və bu münaqişədə Amerikanın hərbi qüvvələrindən istifadə barədə icazə verməyibdir. 

Əslində Amerikanın Yəmən münaqişəsinə daxil olması əsas qanuna ziddir və ABŞ-ın Yəməndə səud koalisiyasına verdiyi dəstəklər dayandırılmalıdır.

Amerikanın əsas qanununa görə, konqres bu ölkənin bir savaşa girməsi barədə qərar qəbul etməlidir. Amma əslində ABŞ prezidentləri ölkələrinin hərbi qüvvələrinin yerləşdirilməsi barədə konqresin icazəsi olmadan qərar çıxarırlar. İlk dəfədir ki, ABŞ senatı bu ölkənin hərbi qüvvələrini giriş üçün konqresdən icazə almadığı bir savaşdan çıxmağa vadar etməyə çalışır.

Teqlər