Mart 21, 2018 13:18 Asia/Baku
  • Texas-da partlayışlar davam edir
    Texas-da partlayışlar davam edir

ABŞ-ın Texas ştatının Asten şəhərində digər bir partlayış nəticəsində azı bir nəfər yaralanıb.

Dünən gecə Astenin cənub məhəlləsindəki bir satış mərkəzində baş vermiş bu partlayış mart ayının başlanmasından bəri altıncı oxşar haldır.

Bu hadisə elə bir halda baş veribdir ki, dünən səhər saat bir radələrində də Asten şəhərinin səksən milliyində yerləşən Fedaks şirkətinin yaxınlığında bir bomba partlamış və bir fəhlə yaralanmışdı.

ABŞ-ın təhlükəsizlik orqanları təsdiq ediblər ki, bu partlayış və ötən günlərdə Astendə baş vermiş dörd digər partlayış bir-birilə əlaqəli olubdur.

Bu partlayışlarda iki nəfər ölüb, dörd nəfər də yaralanıbdır.

Bu partlayışların başlanmasından təqribən üç həftənin keçməsilə Amerika polisi hələ həmin partlayışların amili və ya amilləri, eləcə də onların arxa planında duran ünsürlərin kimliklkərini aşkar və təqdim edə bilməyibdir.

Teqlər