Mart 21, 2018 15:34 Asia/Baku
  • Nyu-Yorkda səud vəliəhdinə qarşı aksiya
    Nyu-Yorkda səud vəliəhdinə qarşı aksiya

Amerikada hüquq təşkilatlarının fəalları və nümayəndələrindən bir qrupu Nyu-York meriyasının binası önündə aksiya keçirərək, Bin Salmanın bu şəhərə səfərinə öz etirazını bildiribdir.

Nyu-York şəhəri səud vəliəhdi Muhəmməd bin Salmana qarşı aksiyanın şahidi olubdur. 

Amerikada hüquq təşkilatlarının fəalları və nümayəndələrindən bir qrupu Manhettendə, Nyu-York meriyasının binası qarşısında aksiya keçirərək, Bin Salmanın bu şəhərə olacaq səfərinə öz etirazını bildiribdir. Aksiyaçıların əllərində, üzərlərində Ərəbistanın Yəmənə qarşı hərbi təcavüzünün fəlakətli nəticələrini pisləyən şüarlar yazılmış plakatlar olubdur.

Aksiya iştirakçıları ABŞ-ın Ərəbistana hərbi dəstək verməsinin dayandırılmasını istəyiblər. Onlar Nyu-York merindən istəyiblər ki, gələn həftə baş tutacaq Bin Salmanın həmin şəhərə səfərini pisləsin. Qərar üzrə Bin Salman Nyu-York səfərində böyük amerikalı şirkətlərin sədrləri və iş adamları ilə görüşməlidir.

Bu amerikalı fəallar vurğulayıblar ki, səud vəliəhdini öz şəhərlərində arzuolunmaz şəxs hesab edirlər.

Teqlər