Mart 21, 2018 16:52 Asia/Baku
  • Fransalı iş adamı Sarkozi işi ilə bağlı həbs olunub
    Fransalı iş adamı Sarkozi işi ilə bağlı həbs olunub

Nikola Sarkozinin 2007-ci il Fransa prezident seçkiləri təbliğatlarındakı maliyyə rüsvayçılığı işinə baxılması istiqamətində Londonda bir fransız iş adamı həbs olunub.

Fransız hakimlərin həbs olunmaları hökmünə əsasən, 58 yaşlı fransalı iş adamı Aleksandr Curi saxtakarlıq və pulyuma ittihamı ilə Londonun Hisroy hava limanında həbs olunub.

Aleksandr Curi, Sarkozinin 2007-ci il Fransa prezident seçkiləri təbliğatlarında Liviyanın məhv edilmiş diktatoru Muəmmər Qəzzafidən əlli milyon avro məbləğində maliyyə yardımı alması barədə 2013-cü ildən başlanmış təhqiqatların əsas şəxslərindəndir.

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bu siyasi-maliyyə rüsvayçılığı ilə bağlı dünən həbs olunub.

İşin hakimi Nikola Sarkoziyə qarşı ilkin ittihamları yenidən irəli sürərək, bildirib ki, Fransanın keçmiş prezidentinə qarşı bir cinayət prosesinin başlanması üçün yetərincə faktlar mövcuddur.

2007-ci ildən 2012-ci ilədək Fransanın prezidenti olmuş Sarkozi habelə rüşvət almaq, şəxsi hədəfləri üçün öz rəsmi mövqeyindən sui-istifadə və dövlət sirlərini ifşa etməkdə  ittiham olunur.