Mart 21, 2018 17:13 Asia/Baku
  • Amerika hərbi təchizatları Suriyanın Diyrəzzur vilayətindəki müxaliflərə göndərilib
    Amerika hərbi təchizatları Suriyanın Diyrəzzur vilayətindəki müxaliflərə göndərilib

İnformasiya mənbələri bildiriblər ki, ABŞ tərəfindən göndərilmiş hərbi təchizatlar Suriyanın Diyrəzzur vilayətindəki "Ələmr və Əlcəfrə" neft yataqları və "Kuniko" qaz yatağı məntəqəsinə daxil olubdur.

Amerika raket və hərbi körpülərə şamil olan hərbi təchizatları Suriyanın Diyrəzzur vilayətinə göndərərək, "Suriya demokratik qüvvələri" adlı kürdləri Suriya ordusunun bu vilayətin şərqində yerləşən Fərat çayının cənubundakı bəzi mövqelərinə yiyələndirmək niyyətindədir.

"Əlmədən" müxalifət portalı da ötən həftə xəbər veribdir ki, Amerika öz qüvvələrindən bir çoxunu "Kuniko" qaz yatağına daxil edibdir ki, yolu Suriya ordusunun bu məntəqədəki irəliləyişi üçün bağlamış olsun.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bundan öncə xəbərdarlıq etmişdi ki, amerikan koalisiya "Şərqi Qutə"də bəhanə yaratmaq ardıncadır ki, Suriya dövlətinə zərbə vurmuş olsun.

Suriya ordusu martın on beşində "Şərqi Qutə"də ABŞ istehsalı olan çoxlu sayda silah, sursat və partlayıcı maddənin aşkar edilməsindən xəbər verib. Bu silah və sursatlar Cibhətunnusrə terror qrupuna verilməli idi.

Digər tərəfdən, Suriya müharibə təbliğatı təşkilatı dünən gecə Həmah şəhərinin şimal-şərqində yerləşən Əlrəhcan məntəqəsinin ətrafında Cibhətunnusrə terror qrupu tərəfindən öldürülmüş mülkilərin cəsədlərinə şamil olan iki kütləvi qəbrin təsvirlərini yayıbdır.

Suriya ordusunun bölmələri Cibhətunnusrə terrorçuları ilə şiddətli döyüşdən sonra strateji bir məntəqə kimi Əlrəhcan məntəqəsini terrorçulardan geri almağa müvəffəq olublar.

Teqlər