Mart 21, 2018 18:55 Asia/Baku
  • Quterreşin novruz müraciəti: Novruz cəmiyyətləri birləşdirir
    Quterreşin novruz müraciəti: Novruz cəmiyyətləri birləşdirir

BMT-nin baş katibi Novruzu dünyada 300 milyondan çox insan üçün yeni bir başlanğıc adlandırıb və deyib ki, baharın gəlməsi və təbiətin təzələnməsi cəmiyyətləri birləşdirir, sülh və həmrəyliyi yayır.

Antonio Quterreş BMT-də, Novruz dairəsindən olan on iki ölkənin iştirakı ilə keçirilən beynəlxalq Novruz günü şənliyində əlavə edib ki, Novruz əslində böyük bir ləzzətdir və dünyada heç bir şey Novruz ruhundan mühüm deyildir.

BMT-nin baş katibi əlavə edib: Bütün dünyada bir belə ixtilafların, mühacirlərin problemlərinin və irqçiliyin mövcud olmasına rəğmən, aydındır ki, hamının Novruz ruhuna ehtiyacı vardır.

Quterreş deyib: Dünya Novruz ruhuna ehtiyaclıdır ki, sülh, ədalət, dərk, qarşılıqlı hörmət imkanı və informasiya toplama imkanına icazə versin ki, bu dünya əhalisi əsl dəyərlərin ətrafına toplaşsın.

BMT-nin baş katibi Novruz dairəsi ölkələrinin səfirlərinə təşəkkür edib, bu mərasimdə iştirak etməsindən məmnun qaldığını bildirərək, belə qeyd edib: Novruz barışığı və yaxşı qonşuluğu təşviq edir və onun dəyələri belə bir məsələni əks etdirir ki, hər gün və hər yerdə birləşmiş millətlər olmaq olar.

İran İslam Respublikası, Əfqanıstan, İraq, Tacikistan, Azərbaycan Respublikası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Pakistan və Türkiyə yeddi sin süfrəsi ilə bəzədilmiş bu mərasimin təşkilində iştirak etmişdilər.