Mart 21, 2018 21:26 Asia/Baku
  • Moskva İngiltərə xarici işlər nazirinin sözlərinə reaksiya verib
    Moskva İngiltərə xarici işlər nazirinin sözlərinə reaksiya verib

Rusiya dövləti İngiltərə xarici işlər nazirinin rus agentin zəhərlənməsi macərası barədəki sözlərini Tereza Meyi daxili təzyiqlərdən xilas etmək üzrə bir səy adlandırıb.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Facebook-da yazıb: İngiltərə xarici işlər naziri son zamanlar "Teleqraf" qəzetində saxta bir məqalə dərc etdirərək, Rusiya prezident seçkilərini Sergey Skripalın zəhərlənməsilə əlaqələndirməklə İngiltərənin baş naziri Tereza Meyin imicini yaxşılaşdırmağa çalışıbdır.

Rusiya xarici işlər nazirliyinin sözçüsü Boris Consonu xülyaçı adlandıraraq, onun bu məqaləni yazmaqda digər məqsədini Moskvanın Skripal macərası barədə birgə təhqiqatlara başlanılması barədəki tələbləri ilə mübarizə adlandırıb.

Zaxarova əlavə edib: İngiltərənin hakim dairələri bu cür həyasızlıqlara olduqca ehtiyac duyurlar, zira Skotland-Yard bildiribdir ki, Skripalın və qızının zəhərlənməsi hadisəsi barədə təhqiqatlar aylarla vaxt aparacaq.

İngiltərə-Rusiya əlaqələri sabiq ikitərəfli rus agentin İngiltərənin cənubunda yerləşən bir məntəqədə zəhərlənməsi məsələsi üstündə özünün ən aşağı səviyyəsinə enibdir. Belə ki, hər iki ölkə bir-birinin diplomatlarını öz ölkəsindən ixrac edibdir.