Mart 22, 2018 09:07 Asia/Baku
  • Polşa AB-nin ikili standartlarını tənqid edib
    Polşa AB-nin ikili standartlarını tənqid edib

Polşanın Xarici İşlər Nazirliyi Avropa Birliyini üzv ölkələrə qarşı ikili standartlar tətbiq etməkdə ittihamlandırıb.

Röytersin verdiyi məlumata görə, Polşanın XİN rəhbəri Cek Çaputoviç bu ölkə parlamentində deyib ki, heç nə Avropa Birliyi üzvlərinin qanun qarşısında bərabərsizliyi, ikili standartlardan istifadə etməsi və Avropa Komissiyasının bəzi dövlətlərin əlində vasitə olması qədər bu birliyə ziyan vurmayıb. 

Parlamentdə ölkənin xarici siyasətinin prioritetlərini açıqlayan Polşanın xarici işlər naziri deyib: Avropa qitəsində inteqrasiyaya qarşı müxalifətin gün-gündən artması AB-nin demokratik zəifliyinin səbəbi deyil, onun nəticəsidir. 

Cek Çaputoviçin tənqidlərinə baxmayaraq infrastruktur sahəsində AB-dən ən çox iqtisadi yardımlar alan Polşada son rəy sorğularının nəticələrinə görə, AB-yə inteqrasiyaya dəstək, bu qitə ölkələri arasında ən yüksək səviyyədədir. 

Teqlər