Mart 22, 2018 10:15 Asia/Baku
  • Tramp Putinə təbrikini müdafiə edib
    Tramp Putinə təbrikini müdafiə edib

ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putini son prezident seçkilərində qələbəsi münasibəti ilə təbrik etməsini müdafiə edib.

İRNA-nın verdiyi məlumata görə, Donald Tramp dünən Tvitter səhifəsində yazıb: Ruslar bəzi ölkələr, o sıradan da Şimali Koreya , Suriya, Ukrayna və İran ilə əlaqədar problemlərin həllinə kömək edə bilərlər. 

Tramp Rusiyanın İŞİD ilə mübarizə və silah yarışı kimi mövzulardakı fəaliyyətini təsirli adlandırıb. 

Tramp yazıb: Corc Buş Rusiya ilə yola gəlməyə çalışdı, amma tədbirli deyil idi, Barak Obama və Hillari klinton da buna səy göstərdilər, amma onların gücü və marağı yox idi. 

Trampın Putini son seçkilərdə qələbəsi münasibəti ilə telefonla təbrik etməsindən sonra Vaşinqton Post qəzeti Trampın bunu Ağ Evin milli təhlükəsizlik müşavirlərinin tövsiyələrinə məhəl qoymadan etdiyini bildiriblər. 

Trampın bəzi siyasətlərinin əleyhinə olan respublikaçı senator Con Makkeyn Trampın Putinlə telefen əlaqəsi saxlamasını Rusiya vətəndaşlarına təhqir adlandırıb. 

Makkeynə görə, Rusiya vətəndaşları bazar günü keçirilən prezident seçkilərində azad və ədalətli seçki şəraitində səs vermək hüququndan məhrum imişlər. 

Bu seçkilərdə Putin səslərin 76.6 faizini qazanaraq 4-cü dəfə olaraq prezident seçildi. 

Teqlər