Mart 22, 2018 19:29 Asia/Baku
  • Kreml Britaniya XİN rəhbərinin Putin barədəki sözlərinə münasibət bildirib
    Kreml Britaniya XİN rəhbərinin Putin barədəki sözlərinə münasibət bildirib

Kreml Britaniyanın xarici işlər naziri Boris Consonun Rusiya prezidenti Vladimir Putin barədəki sözlərini həyasızlıq adlandırıb.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə,Kremlin sözçüsü Dmitri Peskov Boris Consunun Rusiya prezidentinə qarşı son sözlərinin qəbulolunmaz və həyasızlıq olduğunu deyib. 

Britaniya XİN rəhbəri dünən deyib: Rusiya prezidenti Vladimir Putin dünya çempionatına evsahibliyi etməklə Rusiyanın imicini düzətməyə cəhd göstərir, elə Adolf Hitler də Alimpiya yarışları nasist Almaniyada keçiriləndə bu hadisədən istifadə etmişdi. 

Rusiya XİN sözçüsü Mariya Zaxarova Consonun bu sözlərinə münasibət bildirərək deyib: Bu kimi müqayisələr bir Avropa ölkəsinin diplomatik aparatı səviyyəsində deyil. 

İnformasiya mənbələri bildiriblər ki, Britaniya dövləti 22 martda Brüsseldə Avropa ölkələri sammitində keçmiş rus casusunun zəhərlənməsi macərası barədə informasiyalar ortaya atacaq və bu yolla onları Rusiyaya qarşı əlavə təzyiqlərə vadar edəcək. 

Rusiya ilə Britaniya əlaqələrində çaxnaşma 4 martda keçmiş rus casusu Sergey Skripalın Britaniyada zəhərlənməsindən sonra şiddətləndi. 

Teqlər