Mart 25, 2018 21:27 Asia/Baku
  • Bolton ABŞ üçün yeni savaşlar ardıncadır
    Bolton ABŞ üçün yeni savaşlar ardıncadır

ABŞ senatında xarici siyasət üzrə müşavir deyib ki, Ağ Evin yeni milli təhlükəsizlik müşaviri ABŞ-ın daha artıq savaşlarda iştirak etməsini istəyir.

ABŞ senatında senator Berni Sendersin xarici siyasət üzrə müşaviri Mət Das dünən deyib ki, ifratçı Boltonun Ağ Evin yeni milli təhlükəsizlik müşaviri təyin olunması hər kəsi qorxuda bilər, zira o, prezidentdən sonra ən təsiredici amerikalı rəsmidir.

Mət Das əlavə edib: Bolton savaşın yaxşı ideya olması fikrində olan dünyada qalmış az sayda şəxslərdəndir.

Bolton bir zaman ABŞ dövlət katibinin silaha nəzarət üzrə müavini olarkən iddia edirdi ki, İraq kütləvi qırğın silahlarına malikdir və sonradan məlum oldu ki, bu iddia tamamilə yanlış imiş.

Sendersin xarici siyasət üzrə müşaviri söyləyib: Bolton hazırda Amerika üçün yeni savaşlar istəyir və İraq macərasının bir daha təkrarlanmasına icazə verilməməlidir.

Mət Das əlavə edib: Bolton nüvə anlaşmasının kəskin tənqidçisi kimi Trampa öz müşavirələrini verməklə Amerikanın bu anlaşmadan çıxması ehtimalını şiddətlə artıracaq və beləliklə Yaxın Şərqdə yeni böhran yaranacaqdır.

Sendersin müşaviri deyib: Bolton Şimali Koreya barədə də vəziyyəti daha da pisləşdirmək istəyir. O, ABŞ-ın bu ölkəyə hücum etməsinin ardıncadır.

Teqlər