Apr 04, 2018 09:13 Asia/Baku
  • Britaniyalı araşdırmaçılar zəhərin ruslara aid olmasını sübut edə bilməyiblər
    Britaniyalı araşdırmaçılar zəhərin ruslara aid olmasını sübut edə bilməyiblər

Britaniyanın kimyəvi silahlar üzrə araşdırmaçıları Skripalın zəhərlənməsində istifadə olunan iflic qazının Rusiya istehsalı olduğunu isbat edə bilməyiblər.

İRİB-in məlumatına görə, Britaniya ordusuna bağlı Porton Daun Laboratoriyasının direktoru Qarri Aitkenhead çərşənbə axşamı günü bildirib: Bu laboratoriya araşdırmaçılarının tədqiqatlarına əsasən, Sergey Skripalın zəhərlənməsindəki kimyəvi maddənin Rusiyaya aid olması sübut olunmayıb. 

Bu elə bir haldadır ki, Kimyəvi Silahlara Qadağa Təşkilatı Moskvanın sabiq rus zabiti Sergey Skripalın zəhərlənməsində əli olmasına dair Britaniyanın Rusiya əleyhinə ittihamını araşdırmaq üçlün iclas təşkil edəcək. 

Sergey Skripal və qızı 4 martda Britaniyada Londonun hərbi kimyəvi maddə olduğunu iddia etdiyi maddə ilə zəhərləndilər. 

Britaniya Skripal və qızının zəhərlənməsində Rusiyanın məsuliyyət daşıdığını bildirir. 

Halbuki Rusiya bu ittihamı rədd edib və bildirib ki, Britaniya ilə həqiqəti aşkarlamaq üçün əməkdaşlıq etməyə hazırdır. 

Bununla belə London bununla əlaqədar faktlar təqdim və Moskva ilə əməkdaşlıq etməkdən çəkinir. 

Britaniya və 25-dən çox ölkə, o cümlədən ABŞ, Avropa Birliyi, həmçinin Şimali Atlantik Alyansı NATO-ya üzv bir çox ölkə Moskvanın Skripalın zəhərlənməsində müdaxiləsi bəhanəsi ilə 150-dən çox rus diplomatı ölkələrindən çıxarıb və Rusiya da qarşılıqlı reaksiya vermişdir. 

Teqlər