Apr 05, 2018 09:14 Asia/Baku
  • Rusiya, Çin və İranın

Rusiyanın Kimyəvi Silahlara Qadağa Təşkilatındakı nümayəndəsi çərşənbə günü axşam Rusiya, Çin və İranın "Skripal" məsələsi ilə bağlı araşdırmaların aparılması ilə bağlı birgə təklifinin bu təşkilatda rədd edilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Aleksandr Şulqin Rusiya, Çin və İran tərəfindən hazırlanmış təklifin ilkin mətninin tamamilə beynəlxalq qanunlar əsasında olduğuna təkid edərək, deyib: ABŞ, Britaniya və müttəfiqləri bu qətnamənin Kimyəvi Silahlara Qadağa Təşkilatında qəbul edilməsinə mane olublar. 

Şulqinin dediyinə görə, Təşkilatın İcra Şurasının 41 üzvündən 23-ü bu qətnamə layhiəsinin lehinə səs verib. Amma, bu qətnamənin qəbul edilməsi üçün üzv ölkələrin üçdə ikisinin lehinə səs verməsi lazım idi. 

Kimyəvi Silahlara Qadağa Təşkilatı çərşənbə günü Britaniyanın "Skripal" məsələsində Rusiyanı ittiham etməsi məsələsini araşdırmaq üçün iclas təşkil etmişdi. 

Teqlər