Apr 05, 2018 09:53 Asia/Baku
  • İki Koreya rəsmiləri arasında danışıqlara start verildi

İki Koreya rəsmiləri arasındakı müzakirələrin ikinci mərhələsinə, bir gün təxir ilə, Cənubi Koreyada start verilib.

Yunhap-ın verdiyi məlumata görə, iki tərəf arasındakı danışıqlar, Şimali Koreyanın istəyi əsasında bir gün təxirlə baş tutub. 

Müzakirələrin bu mərhələsində tərəflər iki ölkə başçıları arasındakı görüşün detallarını araşdıracaqlar. 

İki Koreya başçısının 27 apreldə görüşmələri qərara alınıb. 

İki Koreya arasındakı danışıqlarda diqqət mərkəzində saxlanılan əsas məsələ, iki ölkə başçıları arasında birbaşa telefon xəttinin yaradılmasıdır. 

İki Koreya rəsmiləri ötən həftə, cari ayın sonuna kimi prezidentlər arasında görüşün baş tutması haqda razılığa gələrək, nüvə məsələsinin də dinc yolla həll edilməli olduğunu vurğulayıblar. 

Şimali Koreya həmçinin, may ayında bu ölkə rəhbəri ilə ABŞ prezidenti arasında görüşün baş tutması ilə də razılaşıb. 

İki Koreyanın işçi qrupları arasındakı müzakirələr şənbə gününə kimi davam edəcək. 

Teqlər