Apr 05, 2018 12:48 Asia/Baku
  • ABŞ ordusu Hava Qüvvələrinin qırıcısı Las Veqasda süqut edib

ABŞ ordusu Hava Qüvvələrinə məxsus bir ədəd qırıcı təyyarə Las Veqas şəhərində süqut edib.

Foks Nyus kanalının verdiyi məlumata görə, F-16 qırıcı təyyarə növündən olan bu təyyarə çərşənbə günü Nils hava bazasının yaxınlığında süqut edib. 

Təyyarənin pilotu və pilot köməkçisinin taleyi barədə məlumat yayılmayıb. 

Bu, ötən çərşənbə axşamından bəri ABŞ ordusunda baş verən üçüncü süqut hadisəsidir. 

Ötən çərşənbə axşamı ABŞ ordusu Dəniz Qoşunlarına aid bir ədəd helikopter Meksika sahillərində süqut etmişdi. Bu hadisədə helikopterdə olan 4 nəfərin hamısı həlak olmuşdu. 

Həmçinin, çərşənbə axşamı ABŞ ordusu Dəniz Qoşunlarının bir ədəd Harrier cet motorlu təyyarəsi Cibutidə təlim uçuşu zamanı süqut etmişdi. 

Teqlər