Apr 07, 2018 14:58 Asia/Baku
  • Tramp yenidən medianı hədəfə aldı
    Tramp yenidən medianı hədəfə aldı

ABŞ prezidenti bir daha iri media şəbəkələrini tənqid atəşinə tutub.

Gənc Jurnalistlər Klubunun verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Tvitter hesabında paylaşdığı ən son yazıda bir daha Amerikanın iri media şəbəkələrini tənqid edərək, onları əmanətə xəyanət etməkdə ittiham edib.

Tramp yazıb: ABŞ-ın bir çox media şəbəkəsi korrupsiyaya qurşanıb və yanlış informasiyalar yaymaqla məşğuldurlar.

Tramp prezident seçildiyi zamandan dəfələrlə media şəbəkələrini tənqid atəşinə tutaraq, onları yalançı və saxtakar adlandırıb.

Trampın prezidentliyi dövründə medialar ilə Ağ Ev arasındakı qarşıdurma, Trampın qalmaqallı açıqlamalarına görə pik həddə çatıb.

Teqlər