Apr 15, 2018 21:44 Asia/Baku
  • Tramp yenə də mediaları hədəfə aldı
    Tramp yenə də mediaları hədəfə aldı

ABŞ prezidenti Suriyaya hücumun ardınca bu dəfə mediaları hədəfə alıb.

Ötən gün Suriyaya hərbi təcavüzün başa çatmasını "Missiya yerinə yetirildi" mesajı ilə elan etməsi Trampın gülünc duruma düşməsinə səbəb olub. Və medialar Trampın bu mesajını lağa qoymağa başlayıblar. Bundan qəzəblənən prezident bu dəfə medianı hədəfə alıb.

ABŞ prezidenti Donald Tramp Tvitterdə paylaşdığı ən son mesajda yazıb: "Suriyaya hücum planı ideal formada yerinə yetirildi. Bu hücum o qədər dəqiq idi ki, saxtakar medialar onu əhəmiyyətsiz qələmə vermək üçün sadəcə "missiya yerinə yetirildi" ifadəsini bəhanə edə biliblər."

 

Teqlər