Apr 16, 2018 13:01 Asia/Baku
  • Vaşinqton Post: Suriyaya hücum Amerikanı dünyada xəcalətli etdi
    Vaşinqton Post: Suriyaya hücum Amerikanı dünyada xəcalətli etdi

Bir Amerika qəzeti yazıb ki, bu ölkənin prezidenti Suriyaya hücum etməklə öz qüdrətini göstərmək istəyirdi, amma tamamilə əksinə oldu.

Vaşinqton Post qəzeti yazıb: Amerikanın şənbə günü İngiltərə və Fransanın iştirakı ilə Suriyaya hücumu yetərincə güclü deyildi ki, xəcalətə səbəb olmasın. Nəticədə Suriya dövlətinə zərər vurmaq yerinə, Amerikanın beynəlxalq səhnədəki etibarına ziyan vurdu.

Vaşinqton Post əlavə edib: Bu hücumda hətta bir təyyarə hava bazasını və ya raket sisttemini hədəfə almadı və Suriyanı öz qabiliyyətlərilə buraxdı.

Qəzet sonra yazıb: Bu hücumla bağlı heç bir tələfat barədə məlumat verilməyib və bu göstərir ki, Suriya dövləti ABŞ-ın və müttəfiqlərinin nəzərdə tutduqları hədəfləri boşaldıbmış.

Vaşinqton Post suriyalıların bu hücumun qalibi olduqlarını bəyan edərək, əlavə edib: Dəməşq küçələrində şənlik və şadlıq keçirilirdi, zira dövlətin tərəfdarları bilmişdilər ki, önləyici hücum baş tutmayıbdır.

Hazırda təqaüddə olan ABŞ ordusu qərargahının sabiq rəis müavini Cek Keyn deyibdir ki, suriyalıların şənlik keçirmək üçün yaxşı dəlilləri var idi.

Teqlər