Apr 18, 2018 12:29 Asia/Baku
  • Nigeriyada Şeyx Zəkzakinin tərəfdarları ilə polis arasında toqquşmalar davam edir

Nigeriya polisinin həbsdə olan Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx Zəkzakinin tərəfdarları arasında çıxan toqquşma artıq iki gündür ki, davam edir.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Nigeriya polisi çərşənbə axşamı da paytaxt Abucada Şeyx Zəkzakiyə azadlıq tələb edən aksiya iştirakçılarına hücum edərək, onları dağılışmağa məcbuur etməyə çalışıb.

Nigeriya polisi gözyaşardıcı qazdan, su şırnaqlarından və dəyənəkdən istifadə edərək, Şeyx Zəkzakinin tərəfdarlarını dağılışmağa məcbur etmək istəyir. Yüzlərlə nəfərin saxlanıldığı deyilir.

Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx Zəkzaki və həyat yoldaşı 13 dekabr 2015-ci ildə Nigeriya hərbçilərinin Kaduna vilayətində yerləşən Zarya şəhərində həyata keçirdiyi əməliyyat zamanı yaşadığı evdə həbs edilib.

Nigeriya Ali Məhkəməsi Şeyx Zəkzakinin azadlığa buraxılması haqda qərar çıxartsa da, hökumət qanunsuz olaraq onun həbsini davam etdirir.

Teqlər