Apr 19, 2018 16:49 Asia/Baku
  • Pakistanda anti-ABŞ və anti-sionizm aksiyaları
    Pakistanda anti-ABŞ və anti-sionizm aksiyaları

Pakistanda minlərlə əhali Amerikanın bu ölkəyə qarşı təcavüzkar və müdaxiləçi siyasətlərinə etiraz əlaməti olaraq Amerika və İsrailin bayraqlarını yandırıb.

İranın ordu dilli telekanalının verdiyi məlumata görə, dünən Kəraçi şəhərində baş verən aksiyada iştirakçılar Amerikaya ölüm, İsrailə ölüm şüarları səsləndiriblər və Amerika və sionist rejimin ekspansionist və cinayətkar siyasətlərini pisləyiblər. 

Sendin əyalət parlamentinin üzvü Məhfuz Yarxan, keçmiş deputat Məhəmməd Hüseyn Möhnəti də bu aksiyada iştirak ediblər. Onlar bildiriblər ki, Amerika və sionist rejim Fələstin və Kəşmir xalqları xüsusiyyət təşkil etməklə müsəlmanları qırğın etmək ardıncadırlar və müsəlmanlar onlara qarşı birləşməlidirlər. 

Aksiyaçılar BMT və hüquq müdafiə təşkilatılarının Fələstin xalqının qırğın edilməsi və sionist rejimin cinayətləri qarşısında susqunluğunu qınayaraq bildiriblər ki, Qüdsü işğal edənlər Amerikanın əlaltılarıdırlar və müsəlman ölkələr məzlum Fələstin və Kəşmir xalqlarını himayə etməlidirlər. 

Teqlər