Apr 19, 2018 20:39 Asia/Baku
  • Əfqanıstanda 18 terrorçu öldürülüb
    Əfqanıstanda 18 terrorçu öldürülüb

Əfqanıstanın Müdafiə Nazirliyi bu ölkənin təhlükəsizlik qüvvələrinin əməliyyatında 18 terrorçunun öldürüldüyünü bildirib.

İRİB-in Kabildən verdiyi məlumata görə, Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün bir bəyanatda bildirib ki , sözü gedən əməliyyat 14 vilayətdə həyata keçirilib və nəticədə 18 terrorçu məhv edilib, 10 terrorçu da yaralanıb. 

Əfqanıstanın şərqində yerləşən Nəngərhar vilayətinin icra hakimiyyətinin mətbuat ofisi isə bir bəyanatda bildirib ki, təhlükəsizlik qüvvələri bu vilayətdə terror əməliyyatlarını planlaşdıran iki nəfəri həbs ediblər. 

Həbs edilənlər Taliblər qrupunun üzvləridirlər. 

Teqlər