Apr 21, 2018 08:56 Asia/Baku
  • Ağ Ev yaxınlığında aksiya
    Ağ Ev yaxınlığında aksiya

Yüzlərlə amerikalı tələbə cümə günü ölkədə silah gəzdirmə azadlığına və artan zorakılıqlara etiraz olaraq, Ağ Ev yaxınlığında aksiya keçirib.

İRİB-nin verdiyi məlumata görə, cümə günü də Amerikada orta məktəblərdə silahlı hücumlarda həyatını itirən məktəblilərin xatirəsinə həsr edilmiş aksiyaların şahidi olub. 

Cümə günü, 20 aprel Amerikada 13 məktəblinin həyatını itirdiyi Kolumbiyan məktəbində çıxan silahlı insidentin 19-cu ildönümü günü idi. 

Amerikada silah satışı və silah gəzdirmək azadlığı ölkədə zorakılıqlar və silahlı insidentlərin artmasına səbəb olub. 

Hər il Amerikada minlərlə nəfər silahlı insidentlərin qurbanı olur. Rəsmi məlumatlara əsasən Amerikada vətəndaşların əlində olan odlu silahların sayı 270-300 milyon ədəddir. Yəni, təqribən adam başına bir silah düşür. 

Mədəni və ictimai qrumların tələblərinə baxmayaraq, silah lobbisi bu faciənin önlənilməsi istiqamətində hansısa addımın atılmasına imkan vermir. 

ABŞ prezidenti Donald Tramp Amerika Milli Tüfəng Cəmiyyətinin üzvü olaraq, silah lobbisinin əsas himayədarlarından sayılır. 

Tramp prezidentliyinin əvvəlində Amerikada silah sahibi olanlara xitabən "Silahlılara qarşı 8 illik haqsızlıq dövrü başa çatdı. İndi onlar Ağ Evdə həqiqi bir himayədara malikdirlər." demişdi. 

Teqlər