Apr 21, 2018 10:47 Asia/Baku
  • Avropa Birliyi Çin-in
    Avropa Birliyi Çin-in "İpək Yolu" layihəsinə qarşı çıxdı

Avropa Birliyinə üzv ölkələr Çinin "İpək Yolu" üzərində infrastruktur layihələr icra etməsinə qarşı çıxıblar.

İRNA-nın məlumatına görə, Avropa ölkələrinin Pekindəki səfirləri bir sənəd imzalayaraq, Çinin "İpək Yolu" üzərində infrastruktur layihələr həyata keçirməsini Çin şirkətlərinin xeyrinə adlandırıb, bunun dünyada azad ticarətə zərbə vurduğunu deyiblər. Sənədi imzalamayan yeganə Avropa ölkəsi Macarıstan olub. 

Honq Konqda çıxan Morninq Post qəzeti yazır: Çinin yeni "İpək Yolu" layihəsinə əsasən Asiya, Avropa və Afrikada yeni infrastrukturlar  yaradılmalıdır. Çin İpək Yolu üzərində yerləşən ölkələrin bundan gəlir əldə edəcəklərini deyir. 

Çin və Avropa ticarət və investisiya qoyuluşu sahəsində yaxın əməkdaşlığa malik olsalar da, Avropa Birliyi Çinin Maçarıstan, Çex və Yunanıstan kimi ölkələrə nüfuz etməsini mənəvi hakimiyyət haqqının pozulması hesab edir.

Avropa Birliyi həmçinin, Çini siyasi məqsədlər üçün Avropa və Afrikaya müdaxilə etmək və öz nüfuzunu artırmağa çalışmaqda ittiham edib. AB Pekinin yeni ixracat bazarları ardınca olduğunu deyərək, qloballaşmanı öz məqsədlərinə xidmət vasitəsinə çevirmək istədiyini iddia edir. 

Teqlər