Apr 22, 2018 12:31 Asia/Baku
  • Sarkisiyan müxalifətə dialoq təklif edib
    Sarkisiyan müxalifətə dialoq təklif edib

Ermənistanın yenicə təyin olunmuş baş naziri, onu ömürlük hakimiyyətdə qalmaqda ittiham edən müxaliflərə müzakirə təklif edib.

Röytersin verdiyi məlumata görə, Serj Sarkisiyanın Ermənistan prezidenti təyin olunmasına qarşı geniş miqyaslı etiraz aksiyalarının 9-cu günündə o müxaliflərə ölkədə böhran yaranmasın deyə müzakirə təklif edib. 

Ermənistan hökumətinin müxaliflərinin rəhbəri Nikol Paşinian isə Sarkisiyanın təklifini rədd edərək sadəcə onun bvaş nazir vəzifəsindən istefa verməsindən sonra müzakirəyə razılıq verəcəyini deyib. 

Ermənistan parlamenti 17 apreldə keçmiş prezident Serj Sarkisiyanı baş nazir, yəni yeni hökumətin başçısı təyin etdi. 

Keçmiş ordu zabiti Sarkisiyan 2008-ci ildən Ermənistan prezidentidir və ondan qabaq da baş nazir vəzifəsində olub. 

Ermənistanda 2015-ci ildə konstitusiyaya edilmiş dəyişikliyə əsasən artıq prezident formal vəzifədir və ölkənin idarə edilməsi baş nazirin səlahiyyətlərinə daxildir. 

Hal-hazırda Ermənistanda formal prezidentlik postuna Armen Sarkisiyan təyin edilib. 

Teqlər