Apr 22, 2018 14:46 Asia/Baku
  • Nigeriyada silahlı hücumun tələfatı artıb
    Nigeriyada silahlı hücumun tələfatı artıb

Nigeriya polia mənvələri ölkənin şimal qərbində iki kəndə silahlı hücumda ölənlərin sayının artmasından xəbər veriblər.

Rusiya Əl-Yəum telekanalının verdiyi məlumata görə, Nigeriya polis mənbələri dünən bildiriblər ki, Zamfara vilayətində iki kəndə qarşı hücumda 30 nəfər ölüb onlarla adam yaralanıb. 

Nigeriyanın yerli təhlükəsizlik aparatları cümə günü Kabaru və Danmani kəndlərinin yerli sakinlərinin köməyi ilə bir cinayətkar dəstənin iki üzvünü həbs edə bildilər. 

Təhlükəsizlik qüvvələrinin bildirdiklərinə görə, bu dəstənin digər üzvləri yerli sakinlərin polis ilə əməkdaşlıq etməsinə görə onlardan intiqam elmaq istəyiblər. 

Nigeriyanın şimalında cinayətkar dəstələrin fəaliyyəti bu ərazilərdə destabillik yaradıb. 

Teqlər