Apr 25, 2018 09:06 Asia/Baku
  • Əfqanıstanda son qarşıdurmalarda onlarla nəfər ölüb
    Əfqanıstanda son qarşıdurmalarda onlarla nəfər ölüb

Əfqanıstanın qərb və şərqində Fərah və Nəngərhar vilayətlərində son qarşıdurmalarda 31 nəfər ölüb.

İRİB-in Kabildən verdiyi məlumata görə, Əfqansıtanın qərbində Fərah valiliyinin sözçüsü Nasir Mehri deyib: Taliban qrupu üzvləri ilə əfqan təhlükəsizlik qüvvələri arasında Fərah vilayətinin Balabluk rayonunda baş verən qarşıdurmada 11 nəfər ölüb. 

Bu qarşıdurma Taliban üzvlərinin ordu qüvvələrinin hərbi hissəsinə hücumu zamanı baş verib. Nəticədə 5 əfqan əsgər, 6 Talibançı ölüb. 

Həmçinin Nəngərhar vilayətində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda Taliban və Həqqani terror qruplarının üzvlərindən 20 nəfər öldürülüb. 

Nəngərhar vilayətinin Xuqyani rayonunda keçirilən əməliyyatda Talibanın iki komandanı da öldürülüb. 

Nəngərhar vilayətinin bir çox ərazisi Əfqanıstan hökumətinin müxalifləri, o cümlədən İŞİD və Taliban qruplaşmalarının nəzarətindədir. 

Teqlər