Apr 25, 2018 11:03 Asia/Baku
  • Etirazçılar Orteqanın istefasını tələb etdi
    Etirazçılar Orteqanın istefasını tələb etdi

Minlərlə nikaraqualı etirazçı Manaquada aksiya keçirərək prezident Daniel Orteqanın istefa verməsini tələb edib.

Aksiya son günlərdə Nikaraquada insidentli qarşıdurmalar ardınca keçirilib. Rəsmi statistikalara görə, həmin qarşıdurmalarda 9 nəfər həlak olub. 

Etirazçılar bir neçə gün öncə təqaüdlə bağlı islahatlar proqramına etiraz olaraq hökumət əleyhinə aksiya keçiriblər. Bu isə ötən bir neçə gün ərzində ölkənin siyasi durumunu qalmaqala çevirib. 

Manaquanın bir neçə bölgəsində Nikaraquanın bayrağını əllərində tutan etirazçılar prezident Daniel Orteqanın vəzifəsindən istefa verməsini tələb ediblər. 

Küçə etirazlarına tələbələrə başçılıq edirlər. Onlarla polis qüvvələri arasında qarşıdurma yaranıb. Fəhlələr, təqaüdçülər və sadə vətəndaşlar da aksiyalara qoşulublar. 

Teqlər