Apr 25, 2018 16:35 Asia/Baku
  • ABŞ Çinin Qlobal Texnologiya Şəbəkəsinə qoşulmasından nigarandır
    ABŞ Çinin Qlobal Texnologiya Şəbəkəsinə qoşulmasından nigarandır

ABŞ-ın ticarət naziri Çinin Qlobal Texnologiya Şəbəkəsinə qoşulmasını ABŞ-ın mənəvi mülkiyyəti əleyhinə böyük təhlükə adlandırıb.

ABŞ-ın ticarət naziri Vilber Ras sənaye sektorunun icra direktorlarının iclasında texnologiyanın oğurlanması haqda təkrar xəbərdarlıqları irəli sürərək Pekinin son səylərini çox böyük problem adlandırıb.

2050-ci ilin Çinin yaradılması üzrə Pekinin inkişaf layihəsinə toxunan amerikalı nazir bu ölkənin ədliyyə, telekommunikasiya, robot və elektrik avtomobillərin məsələləri üzrə sənayeni ələ keçirməsi ilə bağlı səylərindən xəbər verib.

Dünyada Çinin sənaye rolu və istehsalatının genişlənməsi haqda xəbərdarlıq edən Ras deyib: Pekin dünyanın texnologiya mərkəzinə çevrilməyə çalışır.

Vaşinqtonun Çin məhsullarına rüsumun tətbiq edilməsinə dair ötən aydakı təhdidləri iki ölkənin iqtisadi və ticarət gərginliklərini daha da artırıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, xəzinədarlıq naziri Stiven Mnuçin və ABŞ-ın ticarət nümayəndəsi Robert Laytzer Çin rəsmilərinin dəvəti ilə bir neçə günə Pekinə gedəcəklər.

Bundan əlavə, Ras Çinin iqtisadi strategiyasını dəfələrlə ABŞ əleyhinə birbaşa təhdid adlandırıb.

ABŞ-ın ticarət naziri Çin rəsmilərinə xəbərdarlq edib ki, bu ölkə məhsullarının ixracatı üçün çalışarkən öz sərmayələrini qorumağı düşünsünlər.

Teqlər