Apr 25, 2018 23:30 Asia/Baku
  • Yaponiyalılar ABŞ-ın hərbi iştirakına etiraz etdilər
    Yaponiyalılar ABŞ-ın hərbi iştirakına etiraz etdilər

Yaponiyanın Okinava vilayəti əhalisi ABŞ-ın bu adadakı hərbi iştirakının davam etməsinə bir daha etiraz edib.

İRNA-nın məlumatına görə, Yaponiyanın Okinava vilayətinin yüzlərlə sakini çərşənbə günü üçüncü gün ardıcıl olaraq ABŞ-ın Henoko adlı yeni bazasının qarşısına toplaşaraq bu ölkənin hərbi iştirakının davam etməsinə qarşı çıxıb. 

Etirazçılar bildiriblər ki, ABŞ Okinavada yeni baza yaratmaqla bu adanın təhlükəsizliyini təhlükəyə atır. 

Bir çox etirazçı bu bazaya doğru giriş yolunu bağlayıb və inşa işlərinin davam etməsinə imkan verməyib. 

Yaponiya vətəndaşları dəfələrlə ABŞ əleyhinə aksiya keçirərək bu ölkə hərbçilərinin Yaponiyadan çıxmalarını tələb ediblər. 

II Dünya Müharibəsi sona çatdıqdan sonra Yaponiyadakı 50 min ABŞ hərbçisinin təxminən yarısı Okinava vilayətində yerləşib.