Apr 26, 2018 08:06 Asia/Baku
  • Rusiya prezidenti Ermənistan partiyalarını təmkinli olmağa çağırıb

Rusiya prezidenti Ermənistandakı siyasi partiya və qrupları təmkinli olmağa çağırıb.

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü axşamçağı Ermənistan prezidenti Armen Sarkisyanla telefon söhbətində daxili böhranı həll etmək üçün ölkədəki bütün partiyaların təmkinli olmaları və məsuliyyət hissi keçirmələrinin vacibliyini vurğulayıb.

Ermənistanın sabiq prezidenti Serj  Sarkisyanın bu ölkənin baş naziri seçilməsindən sonra onun müxalifləri küçələrə çıxdılar və sonda Serj  Sarkisyan hakimiyyətdən kənara çəkilməklə razılaşdı.

Ermənistan xalqından minlərlə nəfər çərşənbə günü istefa vermiş baş nazir Serj Sarkisyana qarşı etiraz aksiyaları keçirərək, Nikol Paşinyanının baş nazirliyinə dəstək olan şüarlar veribdir.

Ermənistan parlamentində müxalif partiya Nikol Pashinyanı bu ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürəcəyini bildirib.

Nikol Pashinyan Ermənistanın müvəqqəti baş naziri Karen Karapetyanın bu ölkənin siyasi gələcəyi ilə bağlı danışıqların başlanması ilə müxalif olduğunu iddia edərək, öz tərəfdarlarını yenidən küçələrə çıxmağa çağırıbdır.

Teqlər