Apr 26, 2018 08:36 Asia/Baku
  • Fransa prezidenti nüvə anlaşmasında qalmağı vurğulayıb

Fransa prezidenti Parisin heç bir vəchlə nüvə anlaşmasından çıxmayacağını bildirib.

İRNA-nın məlumatına görə, Fransa prezidenti Emmanuel Makron çərşənbə günü ABŞ konqresində İranın sabitliyi və suverenliyinə hörməti vurğulayaraq, deyib ki, nüvə anlaşmasını nüvə müzakirələrində iştirak edən bütün ölkələr imzalayıblar və Paris heç bir vəchlə ondan çıxmayacaq.

Fransa prezidenti əlavə edib: Ölkələrin, o sıradan böyük bir sivilizasiyanın nümayəndəsi olan İranın suverenliyinə hörmət etməliyik.

Makronun sözlərinə görə, yeni savaşlar yaradılmamalıdır.

Fransa prezidenti bidirib ki, ABŞ prezidenti Donald Trampın qərarları Yaxın Şərqdəki çəkişmələrin şiddətlənməsinə gətirib çıxarmamalıdır.

Bu həftə Vaşinqtona gedən Makron, çərşənbə axşamı günü Tramp ilə görüşündə nüvə anlaşmasının qorunmasına təkid edib.

İranın İngiltərə, Fransa, Rusiya, Çin, ABŞ və Almaniyanın təşkil etdikləri 5+1 qrupu ilə nüvə anlaşması 2016-cı ilin yanvarından etibarən icra olunur, amma 5+1 qrupunun üzvü olan ABŞ hökuməti daim nüvə anlaşmasının icrasında sədaqətsizlik edir.

Teqlər