Apr 26, 2018 19:45 Asia/Baku
  • Rusiya XİN Tramp və Makronun sözlərinə reaksiya verib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və Fransa prezidentlərinin nüvə anlaşmasının dəyişdirilməsi barədəki son sözlərinə reaksiya verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makronun nüvə anlaşması barədəki son sözlərini tənqid edərək, vurğulayıb ki, nüvə anlaşmasında hər cür dəyişiklik mümkünsüzdür.

Zaxarova ABŞ və Fransa prezidentlərinin bəyanatlarına reaksiyada deyib: Nüvə anlaşması bütün tərəflərin maraqlarını nəzərdə tutan müvazinətli bir mexanizmdir.

Fransa prezidentinin nüvə anlaşması barədə təklif etdiyi plan yeni ünsürlərin artırılması ilə bir zamanda mövcud razılaşmanın qorunmasına əsaslanır.

Tramp da nüvə anlaşmasının təkcə İranın maraqlarını təmin etməsi iddiası ilə bu anlaşmanın maddələrinin Vaşinqtonun maraqları istiqamətində dəyişdirilməsini istəyir.

İranın İngiltərə, Fransa, Rusiya, Çin, ABŞ və Almaniyanın təşkil etdikləri 5+1 qrupu ilə nüvə anlaşması 2016-cı ilin yanvarından etibarən icra olunur, amma 5+1 qrupunun üzvü olan ABŞ hökuməti daim nüvə anlaşmasının icrasında sədaqətsizlik edir.

 

Teqlər