Apr 27, 2018 20:32 Asia/Baku
  • İki Koreya nüvə silahı olmayan Koreya yarımadası üzrə razılığa gəlib
    İki Koreya nüvə silahı olmayan Koreya yarımadası üzrə razılığa gəlib

Cənubi Koreya prezidenti və Şimali Koreya lideri nüvə silahı olmayan Koreya yarımadasının yaradılması haqda razılığa gəliblər.

İRNA-nın məlumatına görə, Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In sərhəd Panmunjom kəndində keçirilən iclasda Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi üzrə anlaşmanı imzalayıblar.

İki Koreya başçısının anlaşmasında həmçinin müharibəyə son qoymaq razılaşmasının sülh razılaşmasına, eləcə də bir-birinə qarşı istənilən düşmənçiliyə son qoyulması vurğulanıb.

Tarixi iclasın sonunda yayımlanan bəyanatda iki Koreya başçısı həmçinin bildirib: 2018-ci ilin sonuna qədər Koreya müharibəsinin sonunu elan edəcək və davamlı sülhü bərpa edəcəklər.

1953-cü ildə iki Koreya arasında müharibə sona çatdıqdan sonra iki tərəf müharibəni tərk etmək vəziyyətində idi və indiyədək iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.

Mun Çje İn və Kim Çen In birgə bəyanatda vəd ediblər ki, avqust ayının sonunadək hər iki Koreyada yaşayan ailə üzvlərinin görüşünə şərait yaradacaqlar.

İki Koreyanın ayrılması ilə üzvləri sərhədin iki tərəfində qalan minlərlə ailə bir-birindən ayrılıb və bir-birləri ilə görüşə bilmir.

Teqlər