Apr 30, 2018 10:29 Asia/Baku
  • Tramp: Avropa Birliyi Amerikadan sui-istifadə edir
    Tramp: Avropa Birliyi Amerikadan sui-istifadə edir

ABŞ prezidenti ticarət məsələləri ilə bağlı Avropa Birliyini tənqid edib və təhdidlə bildiribdir ki, onlara qətiyyətli cavab verəcəkdir.

ABŞ prezidenti Miçiqanda öz tərəfdarları qarşısında ticarət məsələləri ilə bağlı Avropa Birliyini və digər ölkələri tənqid edib və təhdidlə bildiribdir ki, onlara qətiyyətli cavab verəcəkdir.

Donald Tramp deyib: Avropa Birliyi nəzərə çox yaxşı gəlir, amma Amerikadan sui-istifadə üçün formalaşıbdır.

Tramp deyib: Onları müqəssir bilmirəm. Mən Çin prezidentini, Yaponiyanın baş nazirini və bu ölkələrin başçılarını Amerikadan sui-istifadə etdiklərinə görə məzəmmət etmirəm, əksinə öz ölkəmizin öncəki başçıları və prezidentlərini müqəssir sayıram.

Tramp həmçinin öz tərəfdarlarını qarşıdakı seçkilərdə respublikaçılara səs verməyə təşviq edib.

Teqlər