May 03, 2018 22:09 Asia/Baku
  • Amerikalıların əksəriyyəti: Ağ Ev hərc-mərcliklə idarə olunur

Rəy sorğusunun nəticəsinə görə, ABŞ vətəndaşlarının əksəriyyəti Ağ Evin çaşqınlıqla idarə olunduğu qənaətindədir.

Hill internet portalının məlumatına görə, Politico və Morning Consult müəssisələrinin birgə apardığı rəy sorğusunun nəticəsinə əsasən, respondentlərin 62% Ağ Evin hərc-mərclik içində olduğu qənaətindədir. 

Mart ayının əvvəllərində rəy sorğusunda iştirak edənlərin 54%-i Ağ Ev haqda bu qənaətdə olub. 

Respondentlərin 49%-nin qənaətinə gəldikdə isə, onlar ABŞ prezidenti Donald Trampın Ağ Evdə işləmək üçün bacarıqlı işçiləri əməkdaşlığa dəvət etməkdə zəif funksiyaya sahib olduğunu bildirirlər. 

ABŞ-ın NORC İctimai Məsələlər Araşdırma Mərkəzinin rəy sorğusuna görə isə, amerikalı gənclərin 60% Trampı radikal, psixoloji baxımdan ölkənin idarəsi üçün qeyri-münasib hesab edir. 

Politico və Morning Consult müəssisələrinin birgə rəy soğrusu 26 aprel 1 may arasında keçirilib. 

Rəy sorğusunda 1991 nəfər iştirak edib. 

Teqlər