May 10, 2018 09:47 Asia/Baku
  • Fransanın iqtisadiyyat naziri ABŞ-ın nüvə anlaşması əleyinə addımını kəskin formada tənqid etdi

Fransanın iqtisadiyyat naziri ABŞ-ın nüvə anlaşmasından çıxmasını təəssüfləndirici hall adlandırıb və deyib: Vaşinqtonun dünya iqtisadiyyatının jandarmı olmaq istəyi heç bir vəchlə qəbul edilə bilməz.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Bruno Lumer çərşənbə günü ABŞ prezidenti Donald Trampın İran ilə ticarət əlaqəsinə malik olan Avropa şirkətlərini təhdid etməsinə işarə edərək, deyib: Trampın nüvə anlaşmasını imzalayan bütün tərəflərinə müxalifəti ilə üzləşən son hərəkəti son dərəcə böyük bir səhv idi. Çünki, siyasi, hərbi və hətta iqtisadi baxımdan beynəlxalq təhlükəsizliyi təhdid etmişo lub. 

Lumer əlavə edib: Ötən iki ildə Fransanın İran ilə ticarət əlaqələri 3 dəfə artıb. İndi Fransa şirkətlərinin ABŞ tərəfindən sanksiyalara məruz edilməsi Fransanı ciddi narahat edir və böyük problemlərə yol açacaq. 

Fransanın iqtisadiyyat naziri həmçinin bu xüsusda tezliklə avropalı həmkarları ilə danışıqlar aparacağını deyib. 

Teqlər