May 10, 2018 12:23 Asia/Baku
  • BMT TŞ Myanma dövlətinə müraciət edib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Myanma dövlətini Ruhinca müsəlmanlarına qarşı zorakılıq barədə araşdırmalar apararaq bu cinayətin amillərini cəzalandırmağa çağırıb.

Röyters xəbər verir ki, BMT TŞ dünən Myanma dövlətindən istəyib ki, Raxin vilayətində müsəlmanlara qarşı zorakılıqlar xüsusunda şəffaf araşdırmalara şərait yaradaraq həmçinin bu bölgələrə humanitar yardımları mümkün etsin. 

TŞ-nin bəyanatında deyilir: TŞ üzvləri Myanma dövlətindən qanun aliliyinə hörmət edərək Raxin vilayətində Ruhinca müsəlmanlarına qarşı zorakılıqların o sıradan uşarlara qarşı seksual zorakılıqların amillərini cəzalandırmaq üzrə öz öhdəliklərini yerinə yetirməsini tələb edir.

Teqlər