May 11, 2018 10:33 Asia/Baku
  • Ermənistan polisi və xüsusi xidmət orqanı başçıları istefa verdilər
    Ermənistan polisi və xüsusi xidmət orqanı başçıları istefa verdilər

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın təklifi əsasında polis və xüsusi xidmət orqanı başçıları istefa veriblər.

Ermənistan prezidenti Armen Sarkisyan yeni baş nazir Nikol Paşinyanın təklifi əsasında polis rəisi Vladimir Qasparyan və xüsusi xidmət orqanı rəhbəri Georgi Kutuyanı tutduqları vəzifədən azad edib. 

Prezidentin qərarına əsasən İrəvan polisinin rəis müavini Valeri Osipyan yeni polis rəisi təyin edilib. Osipyan sabiq prezident Serj Sarksiyan əleyhinə davam edən etiraz aksiyaları zamanı, aksiya iştirakçıları ilə danışıqların aparılmasını müdafiə etmişdi. 

Paşinyan öz Tvitter səhifəsində yazıb: Etiraz aksiyaları zamanı biz Valeri Osipyanın qarşı tərəfində idik. 

Yeni başn azir həmçinin, korrupsiya ilə mübarizəyə təkid edərək, hazırda İrəvan təhükəsizlik xidmətinin rəhbəri olan Artur Vanetsiyanı Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təyin edib. 

Paşinyan Artur Vanetsiyandan korrupsiya ilə ciddi mübarizə aparmasını istəyib. 

Teqlər